Bank Of Baku

Ümid Partiyası İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürüb

Ümid Partiyası İqbal Ağazadənin prezidentliyə namizədliyini irəli sürüb
# 07 may 2007 09:31 (UTC +04:00)
Mayın 6-da Ümid Partiyasının növbəti qurultayı keçirilib. APA-nın məlumatına görə, səhər saatlarında Xətai rayonu ərazisində yerləşən “Ulduz” şadlıq sarayında öz işinə başlayan qurultayı burada başa çatdırmaq mümkün olmayıb. Qurultayın işinə müdaxilə edən polis əməkdaşları tədbiri keçirmək üçün xüsusi icazənin lazım olduğunu bildiriblər. Aparılan danışıqlar nəticəsiz qaldığından, qurultay iştirakçıları saat 13-dən başlayaraq Ümid Partiyasının qərargahına qədər yürüş ediblər.
Qurultayın ikinci hissəsi partiya qərargahında keçirilib. Tədbirdə millət vəkili İqbal Ağazadə yenidən 4 il müddətinə partiyanın sədri seçilib. Ümid Partiyası sədrinin müavini Qələndər Muxtarlının APA-ya verdiyi məlumata görə, qurultayda partiya nizamnaməsinə uyğun olaraq, İqbal Ağazadə partiyanın 2008-ci il prezident seçkilərində vahid namizədi elan edilib. Daha sonra qurultayda Ali Məclisə seçkilər keçirilib, hakimiyyətə müraciət qəbil edilib. Müraciətdə ölkədə siyasi islahatlara ehtiyac olduğu bildirilib və seçkiqabağı mühitin demokratikləşdirilməsinin vacibliyi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR