Bank Of Baku

Azərbaycan Amerika Qadınları Cəmiyyətinin təsis konfransı keçirilib

Azərbaycan Amerika Qadınları Cəmiyyətinin təsis konfransı keçirilib
# 07 may 2007 09:34 (UTC +04:00)
Ötən gün ABŞ-ın Kaliforniya ştatının İrvayn şəhərində Azərbaycan Amerika Qadınları Cəmiyyətinin (AAQC) təsis konfransı keçirilib. Bu barədə APA-ya cəmiyyətin sədri Gülbəniz Arifqızı məlumat verib. O bildirib ki, tədbir şəhərin eyni adlı universitetinin ərazisində baş tutub. Azərbaycan və Amerika bayraqları ilə bəzədilmiş zalda rus, Çin və yəhudi icmalarının nümayəndələri də iştirak ediblər. Mərəsimi giriş sözü ilə açan cəmiyyətin sədri Gülbəniz Arifqızı Azərbaycanın qədim adət-ənənələri, onların təbliğ edilməsinin vacibliyi barədə danışıb. Daha sonra cəmiyyətə ünvanlanan təbrik məktubları oxunub. AAQC-nin sədr müavini Natella İsazadə isə Azərbaycan qadınlarının cəmiyyət həyatında oynadığı roldan, qadın azadlıqlarının təmin edilməsi və Azərbaycanın milli-mədəni sərvətləri barədə məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR