Bank Of Baku

“Los Angeles Times” qəzetinin redaktoru Duqlas Frantz: “Mənə dəstək verən bütün insanlara minnətdarlığımı bildirirəm”

“Los Angeles Times” qəzetinin redaktoru Duqlas Frantz: “Mənə dəstək verən bütün insanlara minnətdarlığımı bildirirəm”
# 07 may 2007 10:27 (UTC +04:00)
ABŞ-dakı Türkiyə və Azərbaycan diaspora təşkilatları “Los Angeles Times” qəzetinin rəhbərliyinə müraciətlər göndərərək ermənilərin qəzetin redaktoru Duqlas Frantza qarşı apardığı təzyiq kampaniyasına son qoyulmasına çağırıblar. APA-nın ABŞ bürosunun xəbərinə görə, qəzetə məktub göndərən qurumlar arasında Kaliforniyadakı Azərbaycan-Amerika Şurası da var. Şuranın məktubunda bildirilir ki, hər iki icmanın geniş təmsil olunduğu Los-Anceles şəhərində milli ədavətə səbəb ola biləcək məqalənin dərc olunması etik sayıla bilməzdi. Müraciətdə bildirilir ki, məhz etnik dözümsüzlük təbliğ edən yazıların təsiri altına düşən ABŞ erməniləri vaxtilə şəhərdə iki türk diplomatını qətlə yetiriblər. Qondarma “soyqırım”a tarixçilərin qiymət verməsinin vacibliyi vurğulanan müraciətdə Türkiyənin ABŞ xarici siyasətində mühüm yer tutduğu da qeyd olunur. D. Frantz APA-nın ABŞ bürosuna açıqlamasında ona verilən mənəvi dəstəyə görə minnətdarlığını bildirib. O, qəzetdə yaranmış vəziyyətlə bağlı hələlik məlumat verə bilməyəcəyini, lakin vəziyyət dəyişərsə, açıqlama verəcəyini deyib.
Qeyd edək ki, D. Frantz ermənilərin uydurma “soyqırım”ın ildönümünü qeyd etdikləri 24 aprel ərəfəsində “Los-Angeles Times” qəzetinin erməni əsilli müxbirinin bu mövzuda yazdığı məqaləni çapa verməyib. Bundan sonra ABŞ erməniləri D. Frantza qarşı kampaniyaya başlayaraq “Los Angeles Times”ın rəhbərliyini onu vəzifədən uzaqlaşdırmağa çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR