Bank Of Baku

Səməd Seyidov: “Şuşanın işğalı ilə bağlı real faktlar dünyaya çatdırılmalıdır”

Səməd Seyidov: “Şuşanın işğalı ilə bağlı real faktlar dünyaya çatdırılmalıdır”
# 07 may 2007 12:11 (UTC +04:00)
“Biz reallığı əks etdirən faktları hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışıq. Hər bir fakt reallığa uyğun olduqda kəskin şəkildə beynəlxalq təşkilatların qarşısında qoyulmalıdır. Azərbaycanın ən faciəli hadisəsi olan Şuşanın işğalı ilə bağlı real faktlar da bütün dünyaya çatdırılmalıdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, Şuşa ilə bağlı həqiqətləri dünyaya çatdırmağın müxtəlif yolları var. Onun sözlərinə görə, bu iş ilk növbədə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də demokratik cəmiyyətlərdə qəbul edilən etiraz vasitələri ilə həyata keçirilməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR