Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda diffamasiya haqqında qanun qəbul etmək hələ tezdir”

Əli Həsənov: “Azərbaycanda diffamasiya haqqında qanun qəbul etmək hələ tezdir”
# 07 may 2007 15:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. Hazırda Azərbaycan cəmiyyətinin jurnalistləri bütün məsuliyyətdən azad etməyə hazır olmadığını bildirən Ə. Həsənovun fikrincə, bu qanunu Azərbaycanda qəbul etmək hələ tezdir. Sərhədsiz Reportyorlar Təşkilatının Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı bəyanatına münasibət bildirən Ə. Həsənov belə bir bəyanatdan təəssüf etdiklərini deyib. Adı çəkilən qurumun uzun müddət Türkiyəyə qarşı mübarizə apardığını deyən Ə. Həsənov bu ölkənin bayrağının Fransada insanların ayağı altına ataraq tapdaladığını xatırladıb: “Həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təşkilat qərəzli mövqe nümayiş etdirib. Ümumiyyətlə, bu təşkilatın obyektiv Avropa təşkilatı olmasına bizim şübhəmiz var. Bizim düşüncəmizə görə, bu təşkilat erməni lobbisinin təsiri altında olan bir təşkilatdır. Ona görə də Sərhədsiz Reportyorlar Təşkilatı ilə Azərbaycan dövləti olaraq əməkdaşlıq etmək fikrimiz yoxdur. Bu təşkilatın açıqlamalarının obyektiv reallıqdan uzaq olduğunu Azərbaycan vətəndaşları və jurnalistlər bilir”. Ə. Həsənovun sözlərinə görə, ayrı-ayrı jurnalistlərə qarşı baş vermiş hadisələri ölkənin söz, mətbuat və informasiya azadlığı sahəsindəki vəziyyətlə eyniləşdirmək olmaz. PA təmsilçisi Azərbaycanda mətbuatın durumu ilə bağlı ABŞ rəsmilərinin bəyanatlarını da bölüşmədiklərini qeyd edib: “Azərbaycanda söz və mətbuat azadlığına heç bir təhlükə yoxdur. Dövlət azad sözün qarantiyasıdır”. Böhtanla bağlı maddənin parlamentdə qəbul olunacaq amnistiya aktına salınmamasına gəldikdə, Ə. Həsənov bildirib ki, bugünkü vəziyyətdə jurnalistlərin ayrı-ayrı insanlara böhtan atması və bunu bilərəkdən etməsi onların gələcək islahını çətinləşdirir: “Düşünürük ki, Azərbaycan cəmiyyəti jurnalistlərin bu əməllərinin qarşısını digər tədbirlərlə ala bilmirsə, mütləq cinayət məsuliyyəti qeyd olunmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR