Bahar Muradova: “Düşünmürəm ki, İltizam Əkbərli hansısa keyfiyyətinə görə Nəsib Nəsiblidən geri qalır”
07 may 2007 13:12 (UTC +04:00)
“Deputatların parlament nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı məsələ Milli Məclis sədrinin səlahiyyətindədir. Müsavat deputat qrupunun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin tərkibinə Nəsib Nəsiblinin adının salınmasını tələb etməsi gecikmiş addımdır. Artıq həmin qrupdan olan deputat İltizam Əkbərli nümayəndə heyətinin üzvüdür”. Bu açıqlamanı APA-ya Milli Məclisin sədr müavini Bahar Muradova verib. Vitse-spiker bildirib ki, Müsavat deputat qrupunun N. Nəsiblinin nümayəndə heyətinin tərkibinə daxil edilməsi ilə bağlı israr etməsi başa düşülən deyil: “Düşünmürəm ki, İltizam Əkbərli hansısa keyfiyyətinə görə Nəsib Nəsiblidən geri qalır. Hər halda bu, onların fikridir. Çox istərdim ki, Müsavat deputat qrupu da, digər siyasi partiyalar da onları parlamentdə təmsil edən millət vəkillərinə fərq qoymayıb, hamısına bərabər hörmət göstərsinlər”. /APA/
Daxili siyasət
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
13:37
27 aprel 2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək
15:54
26 aprel 2024
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024