Bank Of Baku

“Azərbaycanın Avropaya inteqrasiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın Avropaya inteqrasiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 07 may 2007 14:30 (UTC +04:00)
Azərbaycan Avropa Hərəkatının (AAH) təşəbbüsü ilə 9 may - “Avropa günü” ilə bağlı “Azərbaycanın Avropaya inteqrasiyasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, hərəkatın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Əliyeva bildirib ki, Azərbaycanın Avropaya inteqrasiyasında gənclərin xüsusi rolu var, lakin bu istiqamətdə gənclər öz potensialından lazımınca istifadə edə bilmir. İ. Əliyeva Azərbaycanın Avropaya inteqrasiyasında qarşıya çıxan problemlərdən də danışıb. Onun sözlərinə görə, bu məsələ düşünülmüş və planlı şəkildə həyata keçirilməlidir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri Seymur Həziyev isə bu məsələyə ticarət yönündən yanaşmanın əleyhinə olduğunu deyib: “Bəziləri Avropa ölkələri ilə ticarət əlaqələrinin inteqrasiyaya gətirib çıxaracağına ümid edir. İnteqrasiyanın kökündə elmi yanaşma durmalıdır və bu istiqamətdə qarşıya çıxan problemlər düzgün araşdırılmalıdır. Biz bu inteqrasiya zamanı öz əsas dəyərlərimizi də itirməməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR