Bank Of Baku

Ədalət Partiyası prezidentin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar barədə son açıqlaması ilə bağlı bəyanat qəbul edib

Ədalət Partiyası prezidentin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar barədə son açıqlaması ilə bağlı bəyanat qəbul edib
# 07 may 2007 14:47 (UTC +04:00)
Ədalət Partiyasının Siyasi Şurası prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar barədə son açıqlamaları ilə bağlı dəstək xarakterli bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda İlham Əliyevin son açıqlamaları cəmiyyəti pessimizmdən və təslimçi ovqatdan çıxarıb səfərbər edəcək ümid qığılcımı kimi qiymətləndirilib. Partiya prezidentin danışıqların gedişi ilə bağlı xalqa məlumat verməsini son dövrün müsbət hadisələrindən biri kimi qeyd edib və bu ənənənin davam etdirilməsini vacib sayıb. Bəyanatda iqtidar və müxalifətdə olmasından asılı olmayaraq, ölkənin bütün siyasi qüvvələrinin Dağlıq Qarabağ probleminin həllinə baxışda vahid prinsiplərin əks olunduğu sənədin imzalanması, ATƏT-in vasitəçiliyindən imtina edilməsi, problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi yolu ilə həll edilməsi təklif olunub. Ədalət Partiyası bu istiqamətdə prezidentin atacağı bütün addımları dəstəklədiyini və alqışladığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR