Bank Of Baku

ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi növbəti iclasını keçirib

ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi növbəti iclasını keçirib
# 07 may 2007 14:57 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi bu gün növbəti iclasını keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və qurultaya hazırlıq məsələləri müzakirə edilib. Neftçala rayon təşkilatının konfransının nəticələri və qurultayla bağlı bir çox sənəd nümunələri müzakirə olunaraq təsdiqlənib. Partiya Nizamnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi zamanı sənədin daha demokratik prinsiplər əsasında formalaşması üçün bir çox təkliflərin layihəyə salınması qərara alınıb. Təşkilat Komitəsi təşkilat sədrlərinə qurultaya qədər seçkili orqanlara namizədlərin verilməsinin intensivləşdirilməsini tapşırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR