Bank Of Baku

Vasili İstratov: “Azərbaycanla Rusiya arasında məsləhətləşmələrdə təhlükəsizlik məsələləri müzakirə olunur”

Vasili İstratov: “Azərbaycanla Rusiya arasında məsləhətləşmələrdə təhlükəsizlik məsələləri müzakirə olunur”
# 07 may 2007 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. O, məsləhətləşmələr zamanı Azərbaycanın Rusiyaya verdiyi notaların da müzakirə olunacağını istisna etməyib: “Hesab edirəm ki, Rusiyaya verilmiş notalar məsələsi də müzakirə oluna bilər. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Əzimov bu notaları mənə təqdim edib, deməli, o proseslərin mahiyyəti ilə daha yaxından tanışdır”. Səfir iki ölkənin xarici siyasət idarələri arasında məsləhətləşmələrin mütəmadi keçirilməsinə tərəfdar olduğunu bildirib: “Təəssüflər olsun ki, bu kimi məsləhətləşmələr hər il keçirilmir, biz belə tədbirlərin heç olmasa altı ayda bir dəfə keçirilməsinə tərəfdarıq. Azərbaycanla Rusiya tərəfdaş və qonşu dövlətlərdir. Bu dövlətlər arasında həlli tapılmayacaq məsələ yoxdur. Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında daimi dialoqun olması vacibdir”. Vasili İstratovun sözlərinə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Araz Əzimov Rusiya xarici işlər nazirinin müavinləri Kişlyakov və Karaseyevlə də görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR