Bank Of Baku

Vasili İstratov: “Azərbaycanın Rusiyaya verdiyi ikinci notaya yaxın günlərdə cavab göndəriləcək”

Vasili İstratov: “Azərbaycanın Rusiyaya verdiyi ikinci notaya yaxın günlərdə cavab göndəriləcək”
# 07 may 2007 15:58 (UTC +04:00)
“Azərbaycanın Rusiyaya göndərdiyi ilk notaya Moskvadan ötən həftə cavab gəlib. İkinci notaya cavab gələn kimi biz onu Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edəcəyik. Hesab edirəm ki, ikinci notaya yaxın günlərdə cavab veriləcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. O, notalara cavab verilməsi proseduruna əməl olunduğunu deyib: “Fikirləşməyin ki, Azərbaycan tərəfi bizim notalara tez və qətiyyətli şəkildə cavab verir, digər ölkələr də həmçinin. Elə olur ki, məsələlər uzanır, elə məsələlər də olur ki, onlara ümumiyyətlə cavab verilmir”. Rusiya Böyük Ensiklopediyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi göstərilməsinə gəlincə, səfir bildirib ki, ensiklopediyada yazılanlarla razı deyil: “Mən ensiklopediyada yazılanları oxumuşam. Orada yazılanlarla razı deyiləm. Ensiklopediyanı özəl nəşriyyat hazırlayır, bu nəşrlərə senzura qoymaq mümkün deyil. Rusiyada sovet dövründə olduğu kimi Qlavlit deyilən orqan yoxdur ki, kitabda nəyin gedib-getməyəcəyini müəyyənləşdirsin. Azərbaycan bu məsələdə öz mövqeyini ifadə etmək hüququna malikdir və mən bu hüquqa hörmətlə yanaşıram. Bununla belə anlamaq lazımdır ki, Rusiya Federasiyası özəl nəşriyyata hansısa formada təsir etmək imkanına malik deyil. Kitabda qeyd olunan məsələ ilə bağlı çox bəsit mövqe verilib. Əsas məsələni qeyd etmək yaddan çıxıb Rusiya Dağlıq Qarabağ Respublikasını tanımır və bu ərazini Azərbaycan ərazisi kimi qəbul edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR