Bank Of Baku

USAİD-in dəstəyi ilə həyata keçirilən “Vətəndaş Cəmiyyəti” layihəsinin təqdimat mərasimi olub

USAİD-in dəstəyi ilə həyata keçirilən “Vətəndaş Cəmiyyəti” layihəsinin təqdimat mərasimi olub
# 07 may 2007 16:28 (UTC +04:00)
Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Vətəndaş Cəmiyyəti” layihəsinin təqdimat mərasimi olub. APA-nın məlumatına görə, tədbirdə qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar, biznes dairələri və media qurumlarından ibarət 6 koalisiya Azərbaycanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını hədəf götürən kampaniyalar vasitəsilə vətəndaşları və hökuməti bir araya gətirmək üçün öz planlarını açıqlayıblar. Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, ABŞ Azərbaycanda və dünyada vətəndaş cəmiyyətinin inkişafına hər cür yardım göstərməyə hazırdır: “İnsanlar öz hüquqlarını bilməli, vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak etməli, dövlət də buna kömək etməlidir”. Səfir Azərbaycan hakimiyyətinə, xüsusən də Prezident Aparatına və İqtisadi İnkişaf Nazirliyinə “Vətəndaş Cəmiyyəti” layihəsinin həyata keçirilməsində göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Prezidentin İcra Aparatının sektor müdiri Tahir Süleymanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında göstərdiyi yardıma görə ABŞ-a və USAİD-ə minnətdarlıq edib: ”Azərbaycan hökuməti bundan sonra da vətəndaş cəmiyyəti ilə bağlı layihələri dəstəkləyəcək”. Sonda layihə çərçivəsində yaradılmış 6 yerli koalisiyanın nümayəndələri hesabatla çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR