Bank Of Baku

Xətai Rayon İcra Hakimiyyəti 122 Saylı Xankəndi DSK-ya bina ayrılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib

Xətai Rayon İcra Hakimiyyəti 122 Saylı Xankəndi DSK-ya bina ayrılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib
# 08 may 2007 09:24 (UTC +04:00)
122 Saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasına (DSK) bina ayrılması üçün Xətai Rayon İcra Hakimiyyəti (RİH) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, RİH müraciətində nazirliyin tabeçiliyində olan İxtisaslaşdırma İnstitutunun Nobel prospekti-61 ünvanında yerləşən üçmərtəbəli binasının DSK-ya verilməsi xahiş olunub. Bir həftədən artıqdır DSK-nın hazırda yerləşdiyi binanın işıqlarının söndürüldüyünü bildirən A. Doluxanov “Radiozavod” rəhbərliyinin onlardan bu binanı tərk etməyi tələb etdiyini qeyd edib. Onun sözlərinə görə, səbəb kimi Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyinə verilmiş “Radiozavod”un iş şəraitinin yaxşılaşdırılması göstərilib. A. Doluxanov İxtisaslaşdırma İnstitutunun binasının normal olduğunu və DSK üçün ayrılacağı halda, daha yaxşı işləyə biləcəklərini deyib: “Hazırda yerləşdiyimiz bina bərbad vəziyyətdədir və xaricdən gələn qonaqları bu binada qəbul etməyə utanırıq. Ona görə də neçə görüşümüzü təxirə salmalı olmuşuq. Bizi bu binadan çıxardıqlarına görə bir qədər yaxşı binada yerləşmək istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR