Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hakimiyyətin ADP-nin öz qurultayını keçirmək üçün normal zal ayıracağını düşünürəm”

Sərdar Cəlaloğlu: “Hakimiyyətin ADP-nin öz qurultayını keçirmək üçün normal zal ayıracağını düşünürəm”
# 08 may 2007 09:29 (UTC +04:00)
“Hakimiyyətin Azərbaycan Demokrat Partiyasının öz qurultayını keçirmək üçün normal zal ayıracağını düşünürəm. Çünki Azərbaycanda siyasi imicimizə böyük zərbə dəysə də, biz konstruktiv yol tutmuşuq və bu yolla da iqtidarla konstruktiv münasibətlər olacaq”. Bunu APA-ya açıqlamasında ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu qanunvericilikdə də partiyaların tədbirlərinin keçirilməsi üçün müvafiq zalların ayrılmasının nəzərdə tutulduğunu qeyd edib: “Əks halda, iqtidar özünü elə bir vəziyyətdə ola bilər ki, Azərbaycanda siyasi münasibətlərdə qarşıdurmanın günahkarı hakimiyyət özüdür. Ona görə də mən düşünmürəm ki, bizə yer ayırmaqdan imtina edəcəklər. Amma yer ayrılmasa belə, biz qurultayı partiyanın öz zalında keçirməyə məcbur olacağıq. Qurultayda iştirak edən şəxslərin sayı 500-ə qədər olacaq. O zaman biz məcbur olacağıq ki, yalnız qurultay nümayəndələri bu tədbirdə iştirak etsin, bu zaman da onların sayı 300 olacaq. Zala əlavə stullar da qoysaq, qurultayı keçirə bilərik. Amma biz düşünürük ki, bizə yer veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR