Bank Of Baku

Əli Həsənov: “İrandan Azərbaycana qaçqınların gəlməsi ilə bağlı məlumatlar real deyil”

Əli Həsənov: “İrandan Azərbaycana qaçqınların gəlməsi ilə bağlı məlumatlar real deyil”
# 08 may 2007 10:34 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Əvvəllər Dövlət Komitəsində 12 min nəfərədək qaçqının qeydiyyatda olduğunu deyən komitə sədrinin sözlərinə görə, hazırda bu rəqəm 3 min nəfərə qədər azalıb. Ə. Həsənov İrandan Azərbaycana qaçqınların gəlməsi haqda məlumatları təkzib edib: “İrandan qaçqınların gəlməsi ilə əlaqədar söhbətlər real deyil. Düzdür, əvvəllər İrandan Azərbaycana qaçqınlar gəlib. Lakin, onların sayı çox azdır”. Ə. Həsənov bu il Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı 130 yataqxananın təmir-bərpa ediləcəyini vurğulayıb. Komitə sədrinin sözlərinə görə, bu yataqxanaların hər birində 50 məcburi köçkün ailəsi məskunlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR