Bank Of Baku

Elmar Məmmədyarov İKT xarici işlər nazirlərinin Pakistanda keçiriləcək 34-cü sessiyasında iştirak edəcək

Elmar Məmmədyarov İKT xarici işlər nazirlərinin Pakistanda keçiriləcək 34-cü sessiyasında iştirak edəcək
# 08 may 2007 10:38 (UTC +04:00)
Mayın 15-17-də Pakistanın paytaxtı İslamabadda İslam Konfransı Təşkilatı (İKT) xarici işlər nazirlərinin 34-cü sessiyası keçiriləcək. APA-nın xəbərinə görə, sessiyada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi pakistanlı həmkarına təhvil verəcək. Pakistan XİN-dən bildiriblər ki, sessiya mayın 15-də yerli vaxtla saat 09.50-də başlayacaq. Qurumun baş katibinin açılış nitqindən sonra sessiyanın sədri, büro üzvləri seçiləcək, ərəb, Asiya və Afrika qrupları üzrə bəyanatlar veriləcək. Sonra sessiyanın gündəliyi və proqramı qəbul olunacaq, üzv ölkələr, o cümlədən Azərbaycan üzrə plenar iclaslar keçiriləcək. Günün ikinci yarısında işçi sessiya davam edəcək, daha sonra tematik sessiya başlayacaq. Mayın 16-da işçi sessiya başa çatacaq, ayın 17-də isə 34-cü sessiyanın sənədləri, o cümlədən İslamabad deklarasiyası qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR