Bank Of Baku

Suriyanın xarici işlər naziri Azərbaycana gələcək

Suriyanın xarici işlər naziri Azərbaycana gələcək
# 08 may 2007 11:11 (UTC +04:00)
Suriyanın xarici işlər naziri Valid əl-Muallim bu il ərzində Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Suriyada olarkən həmkarını Azərbaycana dəvət edib. Səfər zamanı iki nazirin Suriyada müzakirəsinə başladıqları məsələlərin müzakirəsi davam etdiriləcək. Azərbaycanda Suriya səfirliyinin açılması məsələsinə xüsusi diqqət yetiriləcək. Səfirliyin yay fəslindən sonra açılması nəzərdə tutulub.
Qeyd edək ki, N. Qassub ötən ilin iyulunda Azərbaycanda olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR