Bank Of Baku

Aydın Quliyev: “Açıq Cəmiyyət Partiyasının hər hansı bloka qatılmasının tərəfdarı deyiləm”

Aydın Quliyev: “Açıq Cəmiyyət Partiyasının hər hansı bloka qatılmasının tərəfdarı deyiləm”
# 08 may 2007 11:18 (UTC +04:00)
“İndiki mərhələdə Açıq Cəmiyyət Partiyasının hər hansı bloka qatılmasının tərəfdarı deyiləm. Bu mərhələdə partiya müstəqil fəaliyyət göstərməlidir”. Bu sözləri APA-ya açıqlamasında ACP-nin İdarə Heyətinin üzvü Aydın Quliyev deyib. Partiyanın “Azadlıq” blokuna qoşulması ilə bağlı səslənən fikirlərə münasibət bildirmək istəməyən A. Quliyev bunu ACP-nin siyasi kursunun müəyyənləşdirilməsində iştirak etməməsi ilə əlaqələndirib: “Mənim şəxsi mövqeyim odur ki, bloklara qoşulmamalıyıq. Hazırkı şəraitin bir çox xüsusiyyətlərini nəzərə alaraq bu qənaətə gəlirəm. Çünki hələlik siyasi şərait tamamilə aydınlaşmayıb, bütün siyasi qüvvələrin mövqeyi tam şəkildə ortada deyil. Bloklaşmanın konkret sərhədlərini, onun perspektivinin necə olacağını bəri başdan demək mümkün deyil. Yəni siyasi mühitin özü qeyri-müəyyən olduğuna görə, hansısa blokun uğur qazanacağını indidən söyləmək çətindir”. A. Quliyev hesab edir ki, bir qədər zamanın keçməsinə ehtiyac var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR