Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun ciddi nəticə verəcəyini düşünmürəm”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun ciddi nəticə verəcəyini düşünmürəm”
# 08 may 2007 11:20 (UTC +04:00)
“Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda ciddi müzakirələrin aparılacağını və bunun hər hansı nəticə verəcəyini düşünmürəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu deyib. O, R. Quliyev ADP-nin sədri olarkən bu istiqamətdə bir sıra partiyaların liderləri ilə müzakirələr apardığını xatırladıb: “Amma həmin liderlər Rəsul Quliyevin istədiyi kimi forum keçirilməsinin tərəfdarı deyildilər. Çox güman ki, onlar indi də əvvəlki mövqelərindədirlər. Bu baxımdan düşünürəm ki, keçiriləcək forum sadəcə, siyasi partiya liderlərinin növbəti bir toplantısı olacaq. Əvvəlki toplantılar kimi, bu da hər hansı ciddi nəticə verməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR