Bank Of Baku

Elmar Məmmədyarov: “Xəzəryanı ölkələrin sammiti gözlənilmir”

Elmar Məmmədyarov: “Xəzəryanı ölkələrin sammiti gözlənilmir”
# 18 may 2007 10:11 (UTC +04:00)
“Hələlik Xəzəryanı ölkələrin sammiti gözlənilmir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, hazırda Xəzərin hüquqi statusuna dair sənəd üzərində işləyən xarici işlər nazirlərinin müavinləri səviyyəsində yaradılmış işçi qrupun görüşü gözlənilir:
“Ondan sonra eytiyac yaranarsa, xarici işlər nazirlərinin görüşü olacaq. Yalnız bundan sonra dövlət başçılarının görüşündən söhbət gedə bilər”.
Qeyd edək ki, Rusiya mənbələri iyunda Tehranda XİN başçılarının görüşünün gözlənildiyi barədə məlumat yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR