Bank Of Baku

Müsavat deputat qrupu bir sıra qanun layihələri hazırlayır

Müsavat deputat qrupu bir sıra qanun layihələri hazırlayır
# 18 may 2007 10:37 (UTC +04:00)
Müsavat deputat qrupu bir sıra qanun layihələri hazırlayır. Qrupun koordinatoru Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, artıq “Müxalifətin fəaliyyəti haqqında” qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bir sıra demokratik ölkələrdə müxalifətçilərin fəaliyyəti ilə bağlı analoji qanunlar var və siyasi müxalifət bu qanunlara uyğun fəaliyyət göstərir. Millət vəkili hesab edir ki, Azərbaycanda da bu düşərgənin fəaliyyəti ilə bağlı qanuni baza yaradılmalıdır. Bundan başqa, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Parlamentin daxili nizamnaməsi haqqında”, “Deputat statusu haqqında” qanunlara da əlavə və dəyişikliklərlə bağlı layihələr hazırlanır. P.Hüseyn özü ana və uşaqlara yardımla bağlı qanun layihəsi üzərində işlədiyini bildirib: “Azərbaycanın ən ağır vaxtlarında, müharibə şəraiti və iqtisadi böhranlar olanda da ana və uşaqlara müavinətlər verilib. Amma 2004-cü ilin dekabrında bu qanun ləğv edilib. Mən bu qanunun bərpa olunmasını təklif edirəm və hazırladığım layihəni də parlamentin rəhbərliyinə təqdim edəcəyəm. 18 yaşa kimi uşaqlara dövlət tərəfindən müavinətlərin verilməsi bərpa olunmalıdır”. P. Hüseyn deputat qrupunun “Neft haqqında” və “Enerji təhlükəsizliyi haqqında” qanun layihələri üzərində də işlədiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR