Bank Of Baku

Hacıağa Nuri: “Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdiriləcək”

Hacıağa Nuri: “Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdiriləcək”
# 18 may 2007 11:52 (UTC +04:00)
“Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyət istiqamətləri Azərbaycan İslam Partiyasının yayda keçiriləcək qurultayından sonra yenidən müəyyənləşdiriləcək”. Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri APA-ya bildirib ki, quruma daxil olan Birlik və Xalq Dirçəliş partiyaları ilə əməkdaşlıqları Azərbaycançı Qüvvələr Birliyi (AQB) çərçivəsində davam etdirilir və təşkilatın passiv fəaliyyəti ölkədəki ümumi siyasi mühitlə bağlıdır. H.Nuri AQB-nin fəaliyyətini dayandırması haqda yayılan informasiyaları da əsassız adlandırıb: “Bütün tədbirlərdə AQB-yə daxil olan partiyalarla birgə iştirak edirik. Sadəcə, 2005-ci ilin parlament seçkisindən sonra əksər siyasi qurumlar kimi, AQB-nin də fəaliyyətində süstlük yaranıb. Amma hesab edirəm ki, bu il AQB daha aktiv şəkildə fəaliyyətinə davam edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR