Bank Of Baku

Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin işi ilə bağlı apellyasiya şikayətinə mayın 24-də baxılacaq

Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin işi ilə bağlı apellyasiya şikayətinə mayın 24-də baxılacaq
# 18 may 2007 14:31 (UTC +04:00)
2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı “Lider” telekanalının əməkdaşı Sahil Kərimlini döyməkdə təqsirli bilinən Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı Səbayel Rayon Məhkəməsinin bu il fevralın 6-da çıxardığı hökmdən verilən apellyasiya şikayəti ilə bağlı bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb. Bu barədə APA-ya açıqlamasında M. Mehdiyevin qardaşı Oqtay Mehdiyev bildirib. Onun sözlərinə görə, hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə prosesi əsas göstərilmədən təxirə salınıb və proses mayın 24-nə təyin olunub. O. Mehdiyev deyib ki, dünən keçirilən məhkəmə iclasına gələn S. Kərimli M.Mehdiyevdən şikayətçi olmadığını, 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı başqa şəxs tərəfindən döyüldüyünü bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR