Bank Of Baku

Gültəkin Hacıyeva: “Leo Platvoetin məruzəsi AŞPA-nın iyun sessiyasının gündəliyinə salına bilər”

Gültəkin Hacıyeva: “Leo Platvoetin məruzəsi AŞPA-nın iyun sessiyasının gündəliyinə salına bilər”
# 21 may 2007 12:26 (UTC +04:00)
Mayın 24-də Belqradda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclası keçiriləcək. Avropa Şurasına (AŞ) üzv ölkələrin parlamentlərinin AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək görüşdə Azərbaycanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva təmsil edəcək. G. Hacıyevanın APA-ya verdiyi məlumata görə, iclasda bir neçə komitənin, o cümlədən Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Leo Platvoetin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə itkin düşmüş şəxslərlə bağlı məruzəsi müzakirə olunacaq: “Bu hesabat artıq hazırdır. Miqrasiya, Qaçqınlar və Əhali Komitəsində müzakirəyə çıxarılaraq qəbul edilmiş sənəd Avropa Şurasının prosedur qaydasına görə Daimi Komitədə də müzakirəyə çıxarılmalıdır. Hesabata əlavələr edilə bilməz. Əvvəlki müzakirələrdə iradlarımızı bildirmişik, həmin iradların da böyük əksəriyyəti qəbul edilib. Hesabatdakı bəzi məqamlar bizi tam qane etməsə də, mövcud reallıq, mövcud şərait baxımından kifayət qədər normal sənəddir”. O, hesabatın AŞPA-nın iyun sessiyasının gündəliyinə salınacağını istisna etməyib. G. Hacıyeva Daimi Komitənin iclasında AŞ-nin 2008-ci il üçün büdcəsi, sosial hüquqların monitorinqi, xüsusən də Avropada yaşlı insanların vəziyyəti ilə bağlı məsələ, ətraf mühit, karbon dioksidin ətraf mühitə təsiri, qadınların və kişilərinin gender bərabərliyi və s. məsələlər də müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR