Bank Of Baku

Kişinyovda Avropa Şurası “Kiyev Təşəbbüsü Regional Proqramı”nın milli koordinatorlarının V İclası keçirilib

Kişinyovda Avropa Şurası “Kiyev Təşəbbüsü Regional Proqramı”nın milli koordinatorlarının V İclası keçirilib
# 21 may 2007 12:31 (UTC +04:00)
Bu gün Kişinyov şəhərində Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı”nın milli koordinatorlarının V İclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak edib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. İclas zamanı postsovet ölkələrinin davamlı inkişafına, mədəni həmrəyliyin qurulmasına, regional əməkdaşlığın möhkəmlənməsinə və Avropa ailəsinə sürətlə inteqrasiya üçün əlverişli şəraitin yaradılmasına, bütövlükdə mədəniyyətlərarası dialoqun inkişafına yardım etməyi nəzərdə tutan “Kiyev Təşəbbüsü Regional Proqramı” və onun çərçivəsində həyata keçiriləcək pilot layihələr, eyni zamanda layihənin iştirakçı ölkələri tərəfindən görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub. V.Eyvazzadə Azərbaycan Respublikası tərəfindən sözügedən Regional Proqramla əlaqədar həyata keçirilmiş işlər və əldə olunmuş nailiyyətlər haqqında Avropa Şurası Katibliyinin təmsilçiləri və digər iştirakçı dövlətlərin nümayəndələrinə məlumat verərək, yeni təkliflərlə çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR