Bank Of Baku

Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməsinə dair Azərbaycana heç bir təklif daxil olmayıb

Rusiya ilə ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməsinə dair Azərbaycana heç bir təklif daxil olmayıb
# 21 may 2007 13:26 (UTC +04:00)
Qəbələ Radiolokasiya Stansiyasından (RLS) Rusiya ilə ABŞ-ın birgə istifadə etməsinə dair Azərbaycana heç bir təklif daxil olmayıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O deyib ki, Rusiyanın xarici işlər naziri ilə bu gün apardığı danışıqlarda bu məsələ də müzakirə olunub. E. Məmmədyarov həmkarına bildirib ki, Qəbələ RLS Azərbaycanın bir hissəsidir və stansiya ilə bağlı hər hansı danışıqlar aparılsa, bu barədə Azərbaycan mütləq məlumatlandırılmalıdır.
Öz növbəsində, S. Lavrov da bu fikri dəstəkləyərək, belə hal olacağı təqdirdə, Azərbaycanın məlumatlandırılacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR