Bank Of Baku

Avropa Birliyi-Cənubi Qafqaz əməkdaşlıq qrupunun sədri: “Ermənistanın Türkiyə və Azərbaycanla problemləri həlli mümkünsüz problemlər deyil”

Avropa Birliyi-Cənubi Qafqaz əməkdaşlıq qrupunun sədri: “Ermənistanın Türkiyə və Azərbaycanla problemləri həlli mümkünsüz problemlər deyil”
# 21 may 2007 13:40 (UTC +04:00)
“Cənubi Qafqaz regionunun Avropaya inteqrasiyasına inanıram. Hər üç ölkə ilə imzalanmış Fəaliyyət Planı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ümid edirəm ki, plandan irəli gələn öhdəliklər uğurla yerinə yetiriləcək”. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Birliyi-Cənubi Qafqaz əməkdaşlıq qrupunun sədri Mari-Ann İsler-Beguin deyib. Bu günlərdə Ermənistana səfər etmiş İsler-Beguin bölgənin Avropaya inteqrasiyası prosesini Türkiyə ilə üzvlük barədə aparılan danışıqlarla əlaqələndirməyin doğru olmadığını bildirib: “Avropanın əhalisi böyük və qaydalara tabe olmayan bir Avropa Birliyinin meydana çıxacağından ehtiyatlanır. Görünür, buna görə də məsələn, Fransa Avropa Konstitusiyasına dair keçirilən referendumda bu sənədi təsdiqləməkdən boyun qaçırdı. İnanıram ki, bir gün hər üç ölkə Avropa Birliyinin üzvü olacaq”. İsler-Beguin bəyan edib ki, Azərbaycanın iştirak etdiyi Avropa Qonşuluq Siyasəti Avropa ilə siyasət, iqtisadiyyat və ətraf mühit kimi sahələrdə əlaqələr yaratmağa imkan verir: “Mən təsdiq edə bilərəm ki, Avropa Birliyi strukturlarında Cənubi Qafqaz regionuna böyük maraq var”. Onun fikrincə, Azərbaycan neftdən əldə etdiyi gəlirləri Dağlıq Qarabağ probleminin həllində istifadə etməkdən çəkinməlidir və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Ermənistanın Türkiyə və Azərbaycanla problemlərinin həlli mümkünsüz problemlər olmadığını vurğulayan əməkdaşlıq qrupunun sədri Fransa və Almaniya arasında Lotaringiya və ya Mözel uğrundakı qarşıdurmaları buna misal göstərib. O, Ermənistan və Azərbaycan arasında birbaşa əlaqələrin yaradılması və qarşılıqlı inamın bərqərar edilməsinə tərəfdar olduğunu söyləyib. İsler-Beguinin fikrincə, Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti təxminən eyni səviyyədədir. O, İranda baş verə biləcək hadisələr zamanı azərbaycanlı kartından istifadə edilməsinin əleyhinə də çıxıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR