Bank Of Baku

İstanbulun Sarıyer bələdiyyəsinin təmsilçiləri Xaçmaza səfər edəcəklər

İstanbulun Sarıyer bələdiyyəsinin təmsilçiləri Xaçmaza səfər edəcəklər
# 21 may 2007 14:53 (UTC +04:00)
Mayın 22-də Türkiyənin İstanbul şəhərinin Sarıyer bələdiyyəsinin təmsilçilərindən ibarət nümayəndə heyəti Xaçmaza səfər edəcək. APA-nın şimal bürosunun rayon İcra Hakimiyyətindən aldığı məlumata əsasən, türkiyəli qonaqlar icra başçısı Şəmsəddin Xanbabayevlə görüşəcək, rayonun iqtisadiyyatı və tarixi yerləri ilə tanış olacaq, Xaçmaz şəhər bələdiyyəsi ilə qarşılıqlı əlaqələrə dair sənəd imzalayacaq. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran və Türkiyənin Azərbaycandakı səfirliyinin təmsilçiləri də daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR