Bank Of Baku

Fikrət Məmmədov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Fikrət Məmmədov İranın Azərbaycandakı səfiri ilə görüşüb
# 21 may 2007 15:04 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov bu gün İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini qeyd edərək hüquq əməkdaşlıq məsələsinə toxunub. Səfir isə səmərəli hüquqi əməkdaşlığın digər sahələrə müsbət təsirinin olduğunu bildirərək ədliyyə və məhkəmə orqanları arasında təcrübə mübadiləsi, qarşılıqlı hüquqi yardım, məhkumların verilməsi, sərhədyanı əməkdaşlıq və digər məsələlər üzrə konkret təkliflərlə çıxış edib. Görüşdə hüquq-mühafizə orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının gücləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Diplomat həmçinin nazirlikdəki ədliyyə tarixi muzeyi ilə tanış olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR