Bank Of Baku

YAP Abşeron rayon təşkilatının konfransı keçirilib

YAP Abşeron rayon təşkilatının konfransı keçirilib
# 21 may 2007 15:10 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda rayon təşkilatının sədr əvəzi Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Təşkilati məsələlərin müzakirəsi zamanı səsvermə yolu ilə Bilman Vəliyev rayon təşkilatının sədri seçilib. Həmçinin 37 nəfərdən ibarət Şura, 11 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərdən ibarət Nəzarət Təftiş Qrupu seçilib. Konfransda YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov və Siyasi Şuranın üzvü Eldar İbrahimov da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR