Bank Of Baku

ADP-nin qurultayı partiyanın qərargahında keçiriləcək

ADP-nin qurultayı partiyanın qərargahında keçiriləcək
# 21 may 2007 16:00 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin son iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qurultaya yer ayrılması ilə bağlı müraciətə Bakı şəhər İcra Hakimiyyətinin rədd cavabı verməsi, mətbuatla bağlı yaranmış problemlər, Azərbaycanla Gürcüstan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsində yaranmış mübahisəli vəziyyət müzakirə edilib. İclasda həmçinin qurultaya hazırlıqla əlaqədar bir sıra təşkilati və texniki məsələlərə dair son müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Qurultayın partiyanın qərargahındakı akt zalında keçirilməsi qərarlaşdırılıb və seçkili orqanlara namizədlərin siyahısı təsdiqlənib. Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov bildirib ki, partiyanın sədrliyinə Sərdar Cəlaloğlundan başqa heç kimin namizədliyi irəli sürülmədiyi üçün onun seçkilərdə alternativsiz iştirak edəcəyi gözlənilir. Ali Məclisin üzvlüyünə 30, Mərkəzi Nəzarət Təftiş Komissiyasına isə 10 nəfərin namizədliyi irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR