Bank Of Baku

Rizvan Talıbov aclıq aksiyası keçirmək fikrindən daşınıb

Rizvan Talıbov aclıq aksiyası keçirmək fikrindən daşınıb
# 22 may 2007 08:59 (UTC +04:00)
Sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbovun aclıq aksiyasına başlaması barədə mətbuatda verilən məlumatlar doğru deyil. Bu barədə APA-ya R. Talıbovun vəkili Telman Novruzzadə məlumat verib. Onun sözlərinə görə, R. Talıbov aclıq aksiyasına başlamaq istəyirdi: “Amma hələ ki mənim xahişimlə bu niyyətindən daşınıb”.
Vəkil bildirib ki, istintaq tərəfi cinayət işini yekunlaşdığını və məhkəməyə göndərilməyə hazır olduğunu qeyd etsə də, o, buna etiraz edib: “Mən hesab edirəm ki, istintaq daha geniş şəkildə araşdırma aparmalıdır”.
Qeyd edək ki, dünən Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasından yenidən Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürülüb. Onun barəsində aprelin 19-da Bakı-Sumqayıt marşrutunda İlham Şərifov adlı şəxsə qarşı xuliqanlıq etdiyi əsas gətirilərək, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işi qaldırılıb. Sumqayıt Şəhər Məhkəməsi aprelin 21-də onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR