Bank Of Baku

“Azadlıq” bloku prezident seçkilərində vahid namizədlə iştirak etməklə bağlı sentyabrda müzakirələr aparacaq

“Azadlıq” bloku prezident seçkilərində vahid namizədlə iştirak etməklə bağlı sentyabrda müzakirələr aparacaq
# 22 may 2007 09:12 (UTC +04:00)
“Azadlıq” bloku 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı sentyabrda hazırlıqlara başlayacaq. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, yay ayları siyasi proseslər üçün passiv hesab olunduğundan, bu müddətdə yalnız bloka üzv olan partiyaların strukturları hazır vəziyyətə gətiriləcək. Sentyabırdan isə seçkilə hazırlıq mərhələsini həyata keçirəcəklərini deyən Ə. Əliyev həmin ərəfədə blokun bütün strukturları və komissiyalarının fəaliyyətinin aktivləşdiriləcəyini qeyd edib: “Həmçinin blokun üzvü olan AXCP-nin və ALP-nin qurultayları keçiriləcək. Bunlar hamısı seçkilərə hazırlıqdır. Sentyabrdan başlayaraq komanda, vahid namizəd, seçkiyə hazırlıqla bağlı kütləvi tədbirlərin keçirilməsi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR