Bank Of Baku

Seçici siyahıları Mərkəzi Seçki Komissiyasının rəsmi saytına yerləşdirilib

Seçici siyahıları Mərkəzi Seçki Komissiyasının rəsmi saytına yerləşdirilib
# 22 may 2007 09:24 (UTC +04:00)
Dəqiqləşdirilmiş seçici siyahıları bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına yerləşdirilib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verib. Ümumilikdə seçicilərin sayı 4 milyon 683 min 400 nəfərdir. Onların 2 milyon 275 min 803 nəfəri kişi, 2 407 min 597-i qadındır. Seçicilərin yaş qrupları üzrə bölgüsünə görə 1 milyon 836 min 606-sı 18-35 yaş arası, 1 milyon 976 min 988-i 35-55 yaş arası, 869 min 806-ı isə 55 yaşdan yuxarıdır. Qeyd edək ki, seçici siyahılarının dəqiqləşməsi prosesi bu il yanvarın 5-dən başlayıb və mayın əvvəllərində başa çatıb. Ötən illə müqayisədə seçicilərin sayı 82 min 500 nəfər artıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR