Bank Of Baku

Açıq Cəmiyyət Partiyası mayın 25-də keçiriləcək Milli Forumun Memorandumunu hazırlayıb

Açıq Cəmiyyət Partiyası mayın 25-də keçiriləcək Milli Forumun Memorandumunu hazırlayıb
# 22 may 2007 10:57 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) təşkilatçılığı ilə keçiriləcək Milli Forumun Memorandumu hazırlanıb. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, sənəddə ictimai-siyasi və sosial-iqtisadi böhrandan çıxmaq üçün müxalifət qüvvələrinin ata biləcəyi addımlar, siyasi məhbusların buraxılması, mətbuata təzyiqlərin dayandırılması ilə bağlı təkliflər öz əksini tapıb. Bunlarla bərabər layihədə 2008-ci il prezident seçkiləri ilə bağlı müddəalar da var və Seçki Məcəlləsinin dəyişdirilməsi, seçkilərdə müxalifətin vahid mövqedən çıxış etməsi təklif olunur. Y. Abbasov vahid namizəd məsələsi ilə bağlı heç bir müddəa olmadığını söyləyib: “Müxalifətin vahid namizədi sonrakı mərhələlərin məsələsidir”. O, Memorandumun forum iştirakçılarının müzakirəsindən sonra qəbul olunacağını deyib. Y. Abbasov hazırlıq işlərinin başa çatdığını və 75 ictimai-siyasi təşkilatın rəhbərinə tədbirlə bağlı dəvətnamə göndərildiyini bldirib: “Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə forumda iştirakla bağlı müzakirə apara blməsək də, Əli Əhmədova da dəvətnamə göndərmişik. Ümid edirik ki, onlar foruma qatılacaqlar”.
Qeyd edək ki, Milli Forum mayın 25-də keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR