Bank Of Baku

“22 May - Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ildönümü” mövzusunda dəyirmi masa keçirilib

“22 May - Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ildönümü” mövzusunda dəyirmi masa keçirilib
# 22 may 2007 11:20 (UTC +04:00)
Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsi (GAMAH DK) “22 May - Güney Azərbaycan Milli Azadlıq Hərəkatının ildönümü” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, GAMAH DK-nın təsisçisi Tofiq Seyid 2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə 1980-90-cı illərdə Sovet Azərbaycanındakı olaylar arasında paralellik aparıb: “1988-ci ildə Bakıda başlanan ilk mitinqlərdə meydana Sovet Azərbaycanının bayraqları ilə çıxan millət rus hərbi birləşmələrinin silahlı müdaxiləsindən sonra anladı ki, Azərbaycan müstəmləkədir. 1990-cı il 20 Yanvar hadisələri isə prosesin pik nöqtəsi idi. Güney Azərbaycan türkləri də 22 mayda növbəti dəfə kimliyini ortaya qoydu və ona sahib çıxmağa çalışdı”. GAMAH DK-nın İdarə Heyətinin üzvü Sirus Azadi Azərbaycan Respublikasını İranda yaşayan azərbaycanlılara dəstək verməməkdə ittiham edib. Onun sözlərinə görə, İrandakı azərbaycanlıların hüquqlarının pozulmasına Azərbaycan dövləti münasibət bildirməlidir. Tarixçi-alim Əkrəm Rəhimli hadisələrə düzgün yanaşmağın tərəfdarı olduğunu deyib: “İranda azərbaycanlıların özünüdərk ideyası kütləviləşib və bu proses azadlığın bünövrəsini təşkil edir. Azərbaycanlılara qarşı qeyri-insani münasibət 1925-ci ildə Pəhləvilər sülaləsinin İranda hakimiyyəti zorla ələ keçirməsindən sonra başlanıb. O vaxtdan indiyə qədər İranda şovinist fars ideologiyası hegemonluq edib və millətlər arasında bərabərlik pozulub”. Dəyirmi masanın sonunda tədbir iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə İranda yaşayan azərbaycanlılar insani və milli haqlarını almaq üçün mübarizəyə çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR