Bank Of Baku

Araz Əlizadə: “İqtidar və müxalifət təklif etdiyimiz milli birlik ideyası ilə razılaşarsa, bu, Azərbaycan dövlətinin uğuru olar”

Araz Əlizadə: “İqtidar və müxalifət təklif etdiyimiz milli birlik ideyası ilə razılaşarsa, bu, Azərbaycan dövlətinin uğuru olar”
# 22 may 2007 12:52 (UTC +04:00)
“Hesab edirəm ki, təklif etdiyimiz milli birlik ideyası bütün siyasi qurumlar tərəfindən qəbul olunarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda beynəlxalq təşkilatlar heç bir şəkildə Azərbaycan dövlətinə təzyiq edə bilməz və İlham Əliyevin timsalında Azərbaycanın danışıqlarda mövqeyi daha da güclənər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. O bildirib ki, bununla bağlı mayın 26-da ASDP qərargahında “Qarabağ ətrafında birləşək” adlı dəyirmi masaya dəvət ediləcək siyasi qurumlarla hər hansı bir fikrə gələcəklərinə ümid edir. O, toplantıya həm iqtidar, həm də müxalifət nümayəndələrinin dəvət olunduğunu da vurğulayıb: “Yeni Azərbaycan Partiyasından tədbirdə iştirakla bağlı məsələyə münasibət bildirilməsə də, bəzi müxalifət partiyaları tədbirə qatılacaqlarını deyiblər”. A. Əlizadə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycan dövlətinə dəstək verilməsinin zəruriliyini də qeyd edib: “Münaqişə təkcə iqtidarın problemi deyil. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında gedən danışıqların detalları prezident İlham Əliyev tərəfindən açıqlandıqdan sonra cəmiyyətdə məsələnin mahiyyəti haqda müxtəlif fikirlər formalaşıb. Əslində isə bu problem milli birlik ideyası ilə öz həllini tapa bilər. Fikrimcə, İlham Əliyev beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana sırınan referendum və sülhməramlı hərbi birləşmələrin münaqişə bölgəsində yerləşdirilməsi ilə razı deyil. Azərbaycanın iqtidarı və müxalifəti milli birlik ideyası ilə razılaşarsa, bu, Azərbaycan dövlətinin uğuru olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR