Bank Of Baku

Azərbaycançı Qüvvələr Birliyi yaxın zamanlarda aktiv siyasi fəaliyyətini bərpa edəcək

Azərbaycançı Qüvvələr Birliyi yaxın zamanlarda aktiv siyasi fəaliyyətini bərpa edəcək
# 22 may 2007 13:19 (UTC +04:00)
“2005-ci ilin parlament seçkisində və bundan sonra da Azərbaycançı Qüvvələr Birliyinə daxil olan digər partiyalar iqtidarla, Müsavat Partiyası və “Azadlıq” bloku ilə separat danışıqlara getdilər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycançı Qüvvələr Birliyinin (AQB) həmtəsisçisi, Azərbaycan Birlik Partiyasının (ABP) sədri Xudu Xudiyev deyib. O, baş verənlərdə Vəhdət Partiyasını xüsusi ittiham edib: “Bu gün AQB-nin aktiv siyasi fəaliyyətdə olmadığını deyənlər, ölkədəki ictimai-siyasi mühiti təhlil etmədən bu qənaətə gəlirlər. Əslində isə ölkədə fəaliyyət göstərən bütün siyasi bloklar iqtidarın manevrləridir. O cümlədən də “Azadlıq” bloku. Vəhdət Partiyası isə bunu dəyərləndirmədi və mövqeyini dəyişdi”. X. Xudiyev yaxın zamanlarda AQB-nin aktiv siyasi fəaliyyətini bərpa edəcəyini söyləyib: “Blok öz fəaliyyət istiqamətlərində heç bir dəyişikliklər etməyi planlaşdırmır”. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə APA-ya açıqlamasında X. Xudiyevin sözlərini şərh etmək istəmədiyini bildirib: “Ancaq hesab edirik ki, hazırkı yol doğrudur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR