Bank Of Baku

Bakıda “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda beynəlxalq konfrans keçirilir
# 23 may 2007 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə konfransın konstruktiv dialoq şəraitində keçəcəyinə əmin olduğunu bildirib. Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycanda demokratiya: nəzəri və təcrübi məsələlər” mövzusunda məruzə ilə çıxış edib. R. Mehdiyev bildirib ki, demokratiyanın əsas atributu söz və mətbuat azadlığıdır: “Demokratiya nəzəriyyəsi cəmiyyətin inkişaf mərhələsində daim yeni ideyalarla zənginləşir. Dünya təcrübəsi göstərir ki, demokratiya özündə millətin maraqlarını əks etdirir. Müasir demokratiya sadəcə termin deyil, yeni dünya düzəninin formalaşması strategiyasıdır. Demokratiyanın inkişafı iqtisadiyyatın inkişafından birbaşa asılıdır”.
Sonra tədbirdə Rusiyalı jurnalist, “Azad fikir” jurnalının redaktoru və “Le Monde diplomatique” jurnalının rus versiyasının baş redaktoru Vladislav İnozemtsev, ABŞ-ın Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun və İpək Yolu tədqiqi proqramının direktoru Svante Kornel, Varşava Universitetinin professoru Marek Baranski və digər şəxslər çıxış ediblər. Konfrans işini davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR