Bank Of Baku

Tiflisdə mədəniyyətlər və sivilizasiyalararası dialoqa həsr olunmuş beynəlxalq forum keçiriləcək

Tiflisdə mədəniyyətlər və sivilizasiyalararası dialoqa həsr olunmuş beynəlxalq forum keçiriləcək
# 23 may 2007 10:59 (UTC +04:00)
Mayın 24-25-də Tiflisdə mədəniyyətlər və sivilizasiyalararası dialoqa həsr olunmuş ikinci beynəlxalq forum keçiriləcək. APA-nın məlumatına görə, tədbirə dünyanın 30 ölkəsindən ictimai-siyasi xadimlər, elm adamları dəvət olunub. Gürcüstan prezidenti Mixail Saakaşvili və parlament sədri Nino Burcanadzenin də iştirak edəcəyi tədbirdə Azərbaycanı Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Forumun əsas mövzusu qloballaşan dünyada ən böyük narahatlıq doğuran məqamlardan biri qloballaşmaya gedən dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoq və qarşılıqlı anlaşma içində bərabər yaşamaq örnəklərini göstərmək, KİV-lərin mədəniyyətlər və sivilizasiyalararası dialoqda rolunu müzakirə etməkdir.
Forumu Gürcüstanın Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, “Dialoq Avrasiya” beynəlxalq təşkilatı və “Georgian İnternational” beynəlxalq təşkilatı təşkil ediblər. Tədbirdə ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Çexiya, Çin, Fransa, Hollandiya, İran, İspaniya, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Türkiyə, Ukrayna, Vatikan, Yunanıstan və Ermənistan nümayəndələri iştirak edəcək. Azərbaycandan bu tədbirdə Q. Paşayeva ilə yanaşı, millət vəkili Nizami Cəfərov, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, ATV-nin Xəbərlər Departamentinin rəhbəri Etibar Məmmədov, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Canseverin iştirakı gözlənilir.
Azərbaycan təmsilçiləri çıxış zamanı mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini, dünyada bu istiqamətdə baş verən mənfi tendensiyaları, Azərbaycanın tarixən milli və dini tolerantlığın ən yüksək səviyyədə olduğu ölkələrdən biri olduğunu, burada heç zaman dini zəmində qarşıdurmaların olmadığını, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus insanların bir-biri ilə çox mehriban şəkildə daim yaşadıqlarını, bütün milli və dini azlıqlara qarşı Azərbaycanda çox yüksək səviyyədə diqqət yetirildiyini iştirakçıların nəzərinə çatdıracaqlar. Eyni zamanda indiki Ermənistan ərazisində vaxtilə 100 minlərlə azərbaycanlının yaşadığı, müxtəlif illərdə tamamilə bu ölkədən qovulduqları, hazırda orada bircə azərbaycanlının da olmadığı, onlara məxsus dini və mədəni abidələrin dağıldığı, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparması və mədəni irsin dağıdılması da forum iştirakçılarının nəzərinə çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR