Bank Of Baku

Türkiyənin Sarıyer bələdiyyəsinin başqanı Xaçmazda səfərdədir

Türkiyənin Sarıyer bələdiyyəsinin başqanı Xaçmazda səfərdədir
# 23 may 2007 11:56 (UTC +04:00)
Türkiyənin Sarıyer bələdiyyəsinin başqanı Yusuf Tülün Xaçmazda səfərdədir. APA-nın şimal bürosunun məlumatına görə, bu gün türkiyəli qonaq Xaçmaz şəhərində Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra o, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Xaçmaz şəhər bələdiyyəsinin rəhbərliyi ilə görüşüb. Sarıyer və Xaçmaz bələdiyyələri arasında dostluq və birgə əməkdaşlıq barədə saziş imzalayıb. Y. Tülün jurnalistlərə açıqlamasında Xaçmazda turizmə maraq göstərdiklərini, həmçinin rayonun sənaye, kənd təsərrüfatı, idman və digər sahələri ilə də maraqlandıqlarını deyib. Bu səfərin Azərbaycanın İstanbuldakı konsulluğunun təşəbbüsü ilə baş tutduğunu açıqlayan ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran Sarıyerin və Xaçmazın eyni coğrafi şəraitə malik olduğunu deyərək, bu görüşün ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR