Bank Of Baku

MSK-nın şöbə müdiri Rövzət Qasımov Şimali İrlandiyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

MSK-nın şöbə müdiri Rövzət Qasımov Şimali İrlandiyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 23 may 2007 12:33 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Şimali İrlandiyada mayın 24-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfərə gedib. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirmə missiyasının tərkibində səfərə gedən R. Qasımov seçkilərin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak edəcək. Seçkinin qiymətləndirilməsi dövrü səsvermədən sonra bir neçə gün davam edəcək və MSK rəsmisinin səfəri mayın 29-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR