Bank Of Baku

YAP Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda iştirak etməyəcək

YAP Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumda iştirak etməyəcək
# 23 may 2007 13:29 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Rəsul Quliyevin təşəbbüsü ilə mayın 25-də keçiriləcək Milli Forumda iştirak etməyəcək. Bu barədə APA-ya partiya Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verib. R. Quliyevin Azərbaycan cəmiyyətində mənfi şəxs kimi tanındığını deyən S. Novruzov bildirib ki, sabiq spiker korrupsiya ilə məşğul olub və 11 ildir qaçıb Amerikada yaşayır: “Amerikada yaşaya-yaşaya Bakıda forum təşkil etmək mənasızdır. Onun keçirdiyi forum nə ola bilər ki, YAP da orada iştirak etsin. YAP bu tədbirə qatılmayacaq. Biz həmişə dialoqun tərəfdarı olmuşuq və bu gün cəmiyyətdə dialoq istəyən adamlarla, o cümlədən müxalifət partiyalarının bəziləri, xüsusən də sağlam düşüncəli qurumlarla dialoqa hazırıq. Amma elə-belə, lazımsız tədbirlərə qatılmaq fikrimiz yoxdur. Bunlar hamısı bekarçılıq əlamətidir”.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov isə bildirib ki, forumda hakim partiyanın nümayəndəsinin də iştirakında maraqlı olduqlarından onlara dəvətnamə göndəriblər: “Ümumi müzakirələr aparmaq təkcə müxalifətin yox, hamının maraqlarına uyğundur. Əgər onlar iştirak etməyəcəklərsə, bizim ata biləcəyimiz başqa addım yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR