Bank Of Baku

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun Memorandum layihəsində hakimiyyətin Dağlıq Qarabağla bağlı siyasəti dəstəklənir

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun Memorandum layihəsində hakimiyyətin Dağlıq Qarabağla bağlı siyasəti dəstəklənir
# 23 may 2007 13:33 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun Memorandum layihəsində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hakimiyyətin apardığı siyasətin dəstəklənməsi ilə bağlı müddəa nəzərdə tutulub. Bu barədə APA-ya partiya sədrinin müavini Yaqub Abbasov məlumat verib. Dağlıq Qarabağ problemi ilə bağlı hakimiyyətin apardığı siyasətin milli maraqlara uyğun olduğunu bildirən Y. Abbasov hesab edir ki, bu məsələdə müxalifət partiyaları hakimiyyətə müxalifətçilik etməməlidir: “Dağlıq Qarabağla bağlı aparılan danışıqlar milli maraqlara uyğundursa, müxalifət bunu dəstəkləməlidir. Memorandumda bu məsələ öz əksini tapıb və bunu birgə müzakirə edəcəyik. Yəqin ki, onun qəbulunda ciddi problem olmayacaq” . /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR