Bank Of Baku

YAP prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

YAP prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb
# 23 may 2007 15:18 (UTC +04:00)
Yeni Azərbaycan Partiyanın (YAP) rayon təşkilatının konfranslarının keçirilməsi başa çatır. Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun APA-ya verdiyi məlumata görə, hazırda yalnız Zaqatala və Nizami rayon təşkilatlarının konfransları qalıb. Yerli Təşkilatlarda yeni rəhbərliyin formalaşdığını deyən S. Novruzov bu konfransları bilavasitə seçki kampaniyasının başlanması hesab etdiyini deyib. O, 2008-ci il prezident seçkiləri ilə bağlı hazırlıq işlərinin başlandığını, hər seçki dairəsi ərazisində seçicilərlə işləmək üçün partiya fəalının ayrıldığını bildirib: “Hazırda seçkilərin taktiki və strateji tərəflərinin proqramını hazırlamaqla məşğuluq. Seçicilərlə işləmək üçün ayrılmış fəallara ilk növbədə treninqlər keçiriləcək. ABŞ-ın Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu bu məsələdə bizə yardım edəcək”. Prezident seçkiləri ərəfəsində partiyanın qurultayının keçirilib-keçirilməyəcəyinə gəldikdə, S. Novruzov bildirib ki, qurultayın seçkidən əvvəl, yoxsa sonra keçirilməsi seçki prosesi ilə əlaqədar olacaq. Qeyd edək ki, YAP-ın 83 yerli təşkilatı var və partiya Nizamnaməsinə əsasən ötən ilin sonlarından başlayaraq rayon təşkilatlarında hesabat-seçki konfransları başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR