Bank Of Baku

Azərbaycan deputatları Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransının Gənclər Forumu tərəfindən Türkiyədə təşkil olunacaq seminarda iştirak edəcəklər

Azərbaycan deputatları Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransının Gənclər Forumu tərəfindən Türkiyədə təşkil olunacaq seminarda iştirak edəcəklər
# 23 may 2007 15:21 (UTC +04:00)
Milli Məclisin deputatları Əkrəm Abdullayev və Fuad Muradov Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransının Gənclər Forumu tərəfindən təşkil olunan seminarda iştirak etmək üçün sabah Türkiyənin Adana şəhərinə gedəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seminar “Sivilizasiyalar və siyasətçilər arasında dialoq” mövzusuna həsr olunub. Tədbir Heydər Əliyev Fondu və adı çəkilən qurum tərəfindən cari ilin noyabrında Bakıda “Gənclərin sivilizasiyalararası dialoqda rolu” mövzusunda keçiriləcək görüşə hazırlıq xarakteri daşıyır. Seminarda deputatlar BMT-nin təşəbbüsü ilə keçirilən sivilizasiyalararası dialoq, gənclərin tanınmış siyasətçilərlə görüşü, qlobal səviyyədə aktual məsələlərin həlli və digər mövzular ətrafında müzakirələrdə iştirak edəcək, fikirlərini açıqlayacaqlar. Səfər mayın 28-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR