Bank Of Baku

Sabah Portuqaliyada NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır

Sabah Portuqaliyada NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır
# 23 may 2007 15:21 (UTC +04:00)
Mayın 24-dən 29-dək Portuqaliyanın Madeyra şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sessiyada iştirak edəcək nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, millət vəkilləri Siyavuş Novruzov, Tahir Süleymanov və Qüdrət Həsənquliyev daxildir. Z. Əsgərov qurumun Demokratik İdarəçilik Alt Komitəsinin hazırladığı “Qara dəniz regionunda dövlət və din” mövzusunda məruzə ətrafında çıxış edəcək. Yaz sessiyasında, həmçinin Çernoqoriya, Əfqanıstan, Gürcüstan, Moldova, Pakistan və digər ölkələrə dair məruzələr də dinləniləcək. İclasda dünya miqyasında baş verən qlobal hadisələrə, terrora qarşı mübarizəyə, müharibələr və hərbi texnologiyaların yayılmaması məsələsinə, iqlim dəyişikliyinə və kosmosa dair beynəlxalq hüququn təkmilləşdirilməsinə münasibət bildiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR