Bank Of Baku

Azərbaycan-NATO ikitərəfli əməkdaşlığı ilə bağlı yeni fəaliyyət planı hazırlanır

Azərbaycan-NATO ikitərəfli əməkdaşlığı ilə bağlı yeni fəaliyyət planı hazırlanır
# 24 may 2007 10:38 (UTC +04:00)
Azərbaycan hökuməti ilə NATO arasında növbəti illərdə əməkdaşlığı nəzərdə tutulan yeni fəaliyyət planı hazırlanır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib. A. Əzimov bildirib ki, yeni plan növbəti iki ili əhatə edəcək: “Hazırda Xarici İşlər Nazirliyində planın ilkin forması hazırlanır. Sənəd aidiyyəti qurumların təklifləri əsasında təkmilləşdiriləndən sonra NATO-ya təqdim ediləcək”. Azərbaycan və NATO arasında intensiv dialoq mərhələsinin nə vaxt başlayacağına gəlincə, nazir müavini bu mərhələdə tamamilə fərqli məsələlərin əksini tapdığını və hazırda bu məsələyə baxılmadığını deyib. O, Azərbaycan hökumətinin NATO ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan edib: “NATO ilə əlaqələr tərəflərin özlərinin seçdikləri istiqamətlər üzrə davam etdirilir. Hazırda əməkdaşlıq qüvvədə olan Fərdi Tərəfdaşlığın Əməliyyat Planı üzrə həyata keçirilir. Bu plana təhlükəsizlik sektorunda islahatlar, terrorizmə qarşı mübarizə, enerji və infrastrukturların təhlükəsizliyi və s. məsələlər daxildir”.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə NATO arasında Fərdi Tərəfdaşlığın Əməliyyat Planı 2005-ci ildə imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR