Bank Of Baku

Azərbaycanın baş naziri MDB hökumət başçıları Şurasının növbəti toplantısında iştirak edir

Azərbaycanın baş naziri MDB hökumət başçıları Şurasının növbəti toplantısında iştirak edir
# 24 may 2007 11:23 (UTC +04:00)
Şuranın iclasının gündəliyinə 25 məsələ salınıb. Müzakirə olunacaq məsələlər sırasında vahid elektrik enerjisi bazarının formalaşması haqqında, bədən tərbiyyəsi və idman sahəsində, kollektiv sülhməramlı güvvələr personalının sosial-hüquqi təminatları haqqında, birgə film istehsalı və digər saziş layihələri var. MDB ölkələrinin hökumət başçıları həmçinin “quş qripi”nin yayılmasının qarşısının alınması, dövlət və ictimai teleradiotəşkilat rəhbərləri Şurasının yaradılması, bir sıra maliyə xarakterli məsələlər, habelə Şuranın növbəti iclasının tarixi və Şurada sədrlik məsələsini müzakirə edəcəklər. Moldovanın təklifi ilə gündəliyə 2008-ci ildə Kişinyovda VII MDB ölkələrinin beynəlxalq idman oyunlarının keçirilməsi, MDB İcra Komitəsinin təklifi ilə isə 2008-2010-cu illər üçün cinayətkarlıq və narkotiklərin, psixotrop maddələr və prekursorların qeyri-qanuni dövriyyəsi ilə birgə mübarizəyə dair Dövlətlərarası Proqram layihəsinin hazırlanması məsələləri daxil edilib.
Qeyd edək ki, hazırda Şuraya Tacikistanın baş naziri Akil Akilov sədrlik edir. Mayın 25-də bu vəzifənin Ukraynanın hökumət başçısı Viktor Yanukoviçə keçəcəyi gözlənilir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR