Bank Of Baku

Marneulidə futbol və tennis meydançasının və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub

Marneulidə futbol və tennis meydançasının və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin yeni ofisinin açılışı olub
# 24 may 2007 12:20 (UTC +04:00)
Bu gün Gürcüstanın Kvemo-Kartli quberniyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda futbol və tennis meydançasının açılış mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Kvemo-Kartli qubernatoru Zurab Melikişvili, Milli Məclisin Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever iştirak ediblər. Qeyd edək ki, bu meydança həm yaxınlıqdakı məktəbin şagirdləri, həm də ətrafda yaşayan ailələrin azyaşlı uşaqları arasında müxtəlif yarış və turnirlərin keçirilməsi üçün nəzərdə tutulub.
Daha sonra Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. Ofisin İnternet və kitabxana ilə təmin olunması, Gürcüstan azərbaycanlıları üçün kompüter, ingilis və gürcü dili kurslarının təşkil olunması, mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR